Korporativ Təlimlər

Komandanıza yeni bacarıq və biliklər qazandırmağa məmnun olarıq.

Biz sizə nə təklif edirik?

"Gi Group" təcrübəli mütəxəssislər tərəfindən hazırlanan korporativ təlim proqramları və biznes həllər təklif edir. Biz sizlər üçün Data Science, Biznes Analitika, Layihələrin İdarə Edilməsi, Agile Metodologiyası, Biznes Strategiyası, Liderlik və Menecment kimi müxtəlif mövzularda effektiv konsultasiya və təlim həlləri təklif edirik. Praktik, hərtərəfli öyrənməyə təşviq edən və müasir təcrübəyə əsaslanan təlim və konsultasiya metodumuz işçilərinizə mövzuları daha tez mənimsəməyə və çətinliklərin aradan qaldırmasına dəstək olacaq. Təklif etdiyimiz xidmətlər təşkilatınızın rəqabət üstünlüyünü qoruyub saxlamasına, komandanızın bacarıqlarının artmasına və inkişaf potensialının güclənməsinə kömək olacaq. 

Effektiv Təlim Həlləri

Komanda üzvlərinə iş yerlərində lazımi bacarıqları inkişaf etdirməyə kömək edən təlim yanaşması və praktik tədris metodunun tədbiq edilməsi.

Xüsusi təlim proqramı

Şirkətinizin təlim ehtiyaclarınıza uyğun komandanız üçün xüsusi təlim proqramları dizayn etməyimiz mümkündür

Peşəkar Təlimçi heyəti

Praktik tədris metodu və real keys əsasında peşakar təlimçi dəsdəyi ilə sizlər mövzu üzrə bilik və bacarıqlarınızı artırmaq imkanı əldə edəcəksiniz.

Təlim proqramları

  • Data Science və Machine Learning

    Yaxın gələcəkdə inkişaf etmiş “self-learning” imkanlara malik DL (Deep Learning) və ML (Machine Learning) texnologiyası demək olar ki, biznes və sənayenin hər sektorunda inkişaf edəcəkdir. İndi DL və ML nə olduğunu və şirkətinizin inkişafında necə istifadə edəcəyinizi öyrənmək üçün ən uyğun vaxtdır. Biz sizlərə Python, R, SQL dilləri vasitəsi ilə məlumatların vizuallaşdırılması, məlumatların təhlili və açıq mənbəli kitabxanalar, statistik analiz, proqnozlaşdırıcı modelləşdirmə kimi funksiya və texnikalardan istifadə edərək Data Science, Machine Learning, Deep Learning və Big data-nı dərindən öyrədən təlim və kurs proqramları təklif edirik.

  • Business Intelligence (BI) və Analytics
  • Agile Metodologiyası
  • Biznesin İnkişafı və Strategiyası

    Biznesin inkişafı anlayışı bir şirkətin müştərilərdən, bazarlardan və münasibətlərdən istifadə edərək uzunmüddətli dəyərin yaradılması deməkdir. Hər bir müəssisənin çatmaq istədiyi bir hədəf auditoriyası var - başqa sözlə, əldə etmək istədikləri ideal bir perspektiv var. "Biznesin İnkişafı və Strategiyası" təlim proqramı şirkətinizin biznesinin böyüməsində ideal bir perspektiv əldə etməyə kömək edəcək. Biznesin inkişafı üzrə şirkət əməkdaşlarının bacarıq və biliyini artırmaq sizə problemlərinizi düzgün analiz etməyə və düzgün strateji həll yolları tapmağa böyük kömək olacaq. Ehtiyaclarınıza tam uyğun effektiv təlim proqramı tərtib edilə bilər. 

  • Liderlik və Menecment təlimləri
  • Layihələrin Idarə edilməsi

Təlim xidmətləri üçün müraciət edin

Qısa zamanda sizinlə əlaqə saxlayıb, maraqlandığınız təlim mövzusu barəsində ətraflı məlumat veriləcək.