Product Management

32 saatlıq Məhsul Menecmenti təliminə qoşul texniki biliklərini artır və peşəkar karyeranda inkişafa səbəb ol.

Rəqamsal Məhsul Menecmenti nədir?

Texnologiyaların inkişaf etdiyi dövrdə rəqəmsal məhsul menecmentinə təlabat və maraq getdikcə artmaqdadır. Ümumilikdə rəqəmsal məhsul dedikdə rəqəmsal olaraq yaradılan, internetdə, mobil cihazlarda və ya kompüterdə istifadə olunan və satılan məhsul nəzərdə tutulur. Uğurlu məhsula sahib olmaq və istifadəçilər tərəfindən maraq yaratmaq və bazarda lider olmaq üçün məhsulun nece yaradılmasını,inkişaf etdirilməsini və eyni zamanda idarə edilməsini bilmək mütləqdir. Məhsul meneceri bütövlükdə məhsulun yaradılmasının ilkin mərhələsindən başlayaraq, onun analizi , istifadəçiyə tələbinin düzgün çatdırılmasi və təhvilinə qədər keçən yolda çox önəmli rol oynayaraq indiki dövrdə ən tələbatlı vəzifəyə çevrilməkdədir.

Nə öyrənəcəksiniz?

Biznesdə Məhsulun Funksiyaları

Məhsul menecementinin mahiyyəti və funksiyyaları. Məhsul menecerinin rolu və öhdəlikləri. 

Məhsulun Təkmilləşdirilməsi

Uğurlu məhsulun yaradılması. Hipotezləri yoxlamağın yolları, fikirlərin fərziyyələrə çevirilməsi, sürətli prototipin hazırlanması və s. 

Məhsul Analitikası

Analitikanın mahiyyəti: İntuisiya yoxsa Analitika. Bazar Təhlilinin aparılması. Screencast "Analysis of open data" edilməsi.

Strateji Planlaşdırma

OKR / KPI. Xüsusiyyətləri və fərqləri, OKR. Dodo tətbiqetmə təcrübəsi və Strateji idarəetmə

Growth Hacking

Growth Hacking mahiyyəti. İnkişaf meyyarlarını müəyyən etmək. Growth Team tanışlıq. 

Mobil Marketinq

Mobil Marketinq mahiyyəti. Keyfiyyət və xərcə uyğun hədəfin müəyyən edilməsi. Mobil trafik ilə eksperimentlər. 

Proqram kimlər üçün nəzərdə tutulub?

Bu təlim proqramı məhsul menecmenti sahəsində texniki və nəzəri biliklərini artırmaq, karyerasında yüksəliş etmək istəyən, texnologiyalar sektorunda uğurlu məhsul yaradaraq daha çox gəlir qazanamq istəyən məhsul, layihə və marketinq menecerləri üçün nəzərdə tutulmuşdur. 

Qeydiyyat mərhələsi

İlkin müraciət

Təlim proqramı haqqında ətraflı məlumat üçün bizə zəng və ya veb sayt üzərindən müraciət edərək bizimlə əlaqə saxlaya bilərsiniz.

Mütəxəssis ilə görüş

Müraciətinizə uyğun olaraq mütəxəssisimiz sizinlə əlaqə saxlayıb proqram haqqında ətraflı məlumat verir. 

Qeydiyyat forması

Təlimdə iştirak etmək üçün qeydiyyat formasında sizə ünvanlanan  sualları cavablandırıb iştirakınızı təsdiq edirsiniz. 

Təlimə başlamaq

Təlimdə iştirakınız təsdiq edildikdən sonra müəyyən olunmuş tarixdə təlimə başlayırsınız.

Proqramdan nə əldə edəcəksiniz?

Karyera üstünlüyü

Təlim proqramını bitirmiş hər bir iştirakçı qazandığı yeni bacarıq və biliklər ilə "Məhsul Menecmenti" üzrə karyerada digərlərindən fərqli olaraq bir addım öndə başlamış olacaqdır. Budan əlavə akademiyamız tərəfindən gənc tələbələr üçün proqram çərçivəsində uyğun CV formasının və portfolioların hazırlanması və iş müsahibəsinə hazırlıq dəstəyi veriləcəkdir.

Yeni bacarıqlar

Təlim proqramı sizlərə rəqamsal məhsulun hazırlanmasında, inkişaf etdirilməsində və idarəedilməsində müasir bacarıq və bilikləri qazandıracaq. Bununla yanaşı sizlər təlim müddətində vaxtın idarə edilməsi, effektiv kommunikasiya, təqdimat və strateji planlama kimi vacib bacarıqlarınızı inkişaf etdirə biləcəksiniz.

Sertifikat

Təlim proqramında iştirak edən hər bir iştirakçı iştirak, uğurla bitirmə və ya fəxri məzun sertifikatı ilə təltif olunacaq. Sertifikatda tədris edilən mövzular əks olunacaqdır. 
Təlimçi

Firuzə Quliyeva, PMP®

IT Project Expeditor at Azercell Telecom LLC, Oracle SQL Certified Expert
Firuzə xanım telekommunikasiya sənayesində uzun illər iş təcrübəsinə malik mütəxəssislərdən biridir. O SQL, Microsoft Excel, Microsoft Project kimi proqramlarla yanaşı Layihə Planlaşdırması və Rəqamsal Məhsul Menecmenti sahəsində güclü bir təcrübəyə malikdir. 

Təlim proqramı

Aşağıda qeyd edilən təlim proqramından bəzi modullar ilə tanış ola bilərsiniz. Daha ətraflı məlumat üçün bizə müraciət edin. 

  • Modul 1: Product function in business

    ·        What is Product Management 

    ·        Difference between Product Management and Project Management

    ·        Product manager role

  • Modul 2: How a user can make a product better
  • Modul 3: How analytics can help make a product better
  • Modul 4: Product frameworks
  • Modul 5: UX( User Experience)
  • .........

Proqramın üstünlükləri

Xüsusi təlim proqramı

"Məhsul Menecmenti" təlim proqramı beynəlxalq sertifikat standartları və qiymətləndirmə yanaşması əsasında hazırlanmışdır. Bu da sizə beynalxalq sertifikat imtahanlarına hazır olma fürsəti qazandırır.  

Karyera İmkanı

Proqramı uğurla bitirmiş məzunlar CV və portfolioları G&I Consulting Group tərəfindən işə qəbul üçün dəyərləndirilərək  tərcübə proqramı qazanmaq məqsədi ilə müvafiq şirkətlərə yönləndirilir. 

İnteraktiv yanaşma

Praktik tədris və real keys əsasında hazırlanmış təlim proqramı interaktiv tədris yanaşması ilə birgə sizləri mövzuları tam dərindən anlamağa kömək edir.

Müraciət et