Biznes İnkişafının 7 Elementi

Biznes İnkişafının 7 Elementi

Artıq bu bir faktdır ki, bu günün bir çox startupı məhsul satışdan çox xidmət sahəsinə köklənmişdir. Misal üçün veb dizayner, sərbəst redaktor, blud, online kurslar və ya dizayn xidmətləri.

Artıq bu bir faktdır ki, bu günün bir çox startupı məhsul satışdan çox xidmət sahəsinə köklənmişdir. Misal üçün veb dizayner, sərbəst redaktor, blud, online kurslar və ya dizayn xidmətləri. Onların müvəffəqiyyətinin açarı davamlı yeni müştəri kanallarını yaratmaq və tapmaqdır. Məhsulları sürət, keyfiyyət və qiymət kimi xüsusiyyətlərə əsaslanaraq satın almağı seçən müştərillər, mütəxəssis bacarığı tələb edən xidmətləri isə nüfuz, münasibət və tövsiyyələrə əsasən alırlar.
Onlara xidmətlərinizi təklif etməzdən əvvəl biznesinizin inkişafı üçün lazım olan bu yeddi elementi bilməyiniz vacibdir.
 
Məlumatlılıq - Siz kimsiniz?
Potensial müştəri şirkətiniz barəsində məlumatlı deyilsə, siz onları əldə etməkdə və onlar ilə əlaqə yaratmaqda çətinlik çəkə bilərsiniz. Əvvəlcədən tanınmaq, əlbəttə ki, zərurət deyil amma çox vaxt bir xidmətin satışı zamanı özünüzü tanıtmaq və müştərini məlumatlandırmaq əsas proritet məsələyə çevrilir.
 
Anlamaq - Nə etdiyinizi bilirsinizmi?
Potensial müştərilər sizin imkanlarınız barəsində bir anlayışa sahib olmalıdırlar. Bu gün, bir çox firmanın geniş həcmli xidmət paketləri təklif etdiyi dünyada çox vacib bir məsələdir. Daha dəqiq desək: ÖZÜNƏMƏXSUSLUQ yaratmaq lazımdır.
 
Maraqlı olmaq - Həllini bildiyiniz hər hansı bir problem varmı?
Məsləhət xidmətlərini göstərmək üçün müştərinizin ona ehtiyacı və marağı olmalıdır. Heç olmasa innovativ fikirlərə açıq olmalıdırlar. Cavabını bildiyiniz çətinliklərin və ya fürsətlərin işıqlandıran fərqlər yaratmaq lazımdır.
 
İnam yaratmaq - Sizcə biz bu işi bacararıq?
Potensial müştərilər sizi tanıya bilər, bu işdə peşəkar olduğunuzu və həll etməli olduğunuz bir problemi aradan qaldırma bacarığınızın olduğuna inana bilər, ancaq işinizi səmərəli edə biləcəyinizə inam sahibi olmalıdırlar. "İnam" yaratmağın sirri görəcəyiniz işin vədini ("biz xərcləri aşağı salırıq", "gəlirlərinizi artırırıq", "biz gələcək uğurlarınız üçün çalışırıq") dəqiq təsvir etməkdir, eyni zamanda oxşar situasiyalar üçün əvvəl gördüyünüz işlər barəsində məlumat verməkdir.
 
Etibarlılıq - Sənə güvənə bilərəm?
Peşəkar biznes xidmətləri üçün nüfuz olduqca önəm kəsb edir. Eşitdiyiniz zaman ki “biz əvvəllər onunla işləmişik; o, bu işin ən peşəkarıdır " bu o deməkdir ki siz artıq onunla işləməkdə daha maraqlı olacaqsınız.
 
Etibar yaratmaq üçün düstur:
(Effektivliyiniz) x (Müştəri ilə "uyğunluq") x (Müştərini tanıdığınız müddətin uzunluğu) = ETIBARLILIQ.
 
Müştəri potensialı - Tətiyi çəkmək qabiliyyətləri varmı?
Şirkət sizin xidmətinizin qarşılığını verə bilərmi? Müzakirədə iştirak edən şəxslərin qərar vermə səlahiyyəti varmı? Qoyulan hədəflər şirkət tətəfindən nə qədər müvəffəqiyyətlə həyata keçirilir? Bu kimi sualların cavabını bilmək və problemin aradan qaldırılmasında ehtiyac duyulan maliyyə, işci qüvvəsi və qərar qəbulu kimi faktorlar xidmətin uğurla göstərilməsində vacib rol oyanyır.
 
Hazırlıqlı olmaq - zamanlama doğrudurmu?
Düşünək ki, müştərinin rəğbətini qazandınız, lakin sizdən asılı olmayan səbəblərə görə o qarşıya qoyulan hədəfləri reallaşdıra bilmədi. Səbirli olun. Belə anda müştəri ilə ünsiyyətdə qalmağa çalışın. Müştərinin hər zaman məsləhətə ehtiyacı olmaya bilər amma doğru zamanda müştərinin istəyinə uyğun yeni həll yolları ilə xidmətlərinizi təklifi etməyə hazır olun.
 
 
Çap