Data Sience, Data Analitikası və Machine Learning üzrə bacarıq və biliklərə olan tələbat müxtəlif sənaye sahələri arasında sürətlə artmaqda davam edir və bu sahələr üzrə mütəxəsislərə ehtiyac vardır. Akademiyamızın Data Elmi və Analitikası üzrə təklif etdiyi kurs proqramları sizi dünya səviyyəsində data təhlili üzrə problemlərin öhdəsindən gəlmək üçün lazımi məlumat bazası, analitik, statistik biliklər və analitik bacarıqları öyrədir. Tədris proqramları açıq mənbəli alətlər və kitabxanalar, metodologiyalar, Python, R, verilənlər bazası, SQL, data vizuallaşdırılması, data analitikası və machine learning daxil olmaqla bir sıra Data Elmləri mövzularını əhatə edir. Bu proqramlarda iştirak etmək üçün əvvəlcədən kompüter elmi və ya proqramlaşdırma biliklərinə ehtiyac yoxdur.